Prokuror Orxan Baxışlını 7 il müddətinə azadlıqdan məhrum etməyi təklif edib
Bakı/13.09.18/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc fəalı, böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Orxan Baxışlının işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Baxışlını 7 il müddətinə Azadlıqdan məhrum etməyi təklif edib.
Bu barədə Turan-a fəalın anası Kəmalə Rəhimli bildirib.
O deyib ki, oğluna qarşı siyasi fəaliyyəti ilə əlaqədar uydurma ittiham irəli sürülüb.
Jurnalistlər bu dəfə də iclasa buraxılmayıblar.
Məhkəmə prosesi sentyabrın 18-də davam etdiriləcək. Növbəti iclasda vəkilin və təqsirləndirilən şəxsin özünün çıxışı gözlənilir.
Xatırladaq ki, Baxışlı mayın 6-da saxlanılıb və polis guya onun üzərindən 6 qr heroin tapıb. Fəal ittihamları təkzib edib və narkotiki onun üzərimə polisin atdığını bildirib.
Həbsindən bir neçə gün əvvəl - mayın 3-də jurnalist Elmar Hüseynovun qəbri üstündə Ümumdünya Mətbuat Gününə həsr olunmuş tədbirdə Baxışlı jurnalistin qətlində hakimiyyəti ittiham edib. Həmkarlarının fikrincə, onun həbsinə məhz bu səbəb olub. Hüquq müdafiəçiləri Baxışlını siyasi məhbus kimi tanıyıblar. -B06-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz