WUF13-ün altıncı günü: Bakı qlobal forumu başa çatdırır və sədrliyi Meksikaya təhvil verir
Ekspress təhlil
-
İclasda sədrlik edən hakim Aygün Qurbanova Dövlət Sosial Müdafiə Fonduna verilən sorğuya cavabı oxuyub. Cavabdan məlum olub ki, göstərilən dövrdə zərərçəkmiş şəxs qismində çıxış edən Natiq İmamquliyevin tikinti şirkəti ilə əmək müqaviləsi var və o, 400 manat məbləğində əməkhaqqı alır. Vəkil Rövşanə Rəhimli diqqətə çatdırıb ki, N. İmamquliyev heç yerdə işləmədiyini bildirmişdi.
-
Bakıda keçirilən Dünya Şəhər Forumunun WUF13-ün beşinci günü qlobal mənzil böhranı, şəhərlərin dayanıqlı bərpası və şəhər infrastrukturunun maliyyələşdirilməsi üçün praktik həll yollarının axtarışı ilə yadda qaldı. Forumun əvvəlki günlərində siyasi bəyanatlar və iqlim gündəliyi üstünlük təşkil etdiyi halda, mayın 21-də müzakirələr həyata keçirmə mexanizmlərinə — əlçatan mənzil modellərindən tranzit yönümlü şəhər inkişafına və postmünaqişə ərazilərinin bərpasına doğru yönəldi.
-
Bakıda keçirilən WUF13 Dünya Şəhər Forumunun dördüncü günü göstərdi ki, meqapolislərin gələcəyi ilə bağlı beynəlxalq müzakirələrin məzmunu dəyişir. Əvvəllər əsas diqqət daha çox deklarativ iqlim öhdəliklərinə yönəlirdisə, indi prioritetlər praktik həll yollarına keçir. Müzakirələrin əsas istiqamətləri qlobal mənzil böhranı, tikinti sektorunun dekarbonizasiyası, sürətlə böyüyən şəhərlərin rəqəmsal texnologiyalar vasitəsilə idarə olunmasıdır.
-
Azərbaycan beynəlxalq avtomobil daşımaları üçün tam elektron icazə sisteminə keçidə başlayıb. Məqsəd tranzit prosedurlarını sürətləndirmək və ölkənin Çin ilə Avropa arasında yerləşən Orta Dəhlizin əsas logistika qovşaqlarından biri kimi mövqeyini gücləndirməkdir.
Gündəmdə
Rəy yaz