1 yanvar 2013-cü ilə olan özəlləşdirmə statistikası açıqlanıb
Əmlak Məsələləri Dövlət Komitəsi 1 yanvar 2013-cü ilə olan dövlət əmlakının özəlləşdirilməsi statistikasını açıqlayıb. Bu məlumata əsasən, özəlləşdirilən kiçik müəssisə, obyekt, nəqliyyat vasitəsi və avadanlığın sayı 45 minə çatır.
2012-ci ildə ƏMDK 858 kiçik özəlləşdirmə obyektini özəlləşdirib və özəlləşdirilən obyekt sayı 44 811-ə çatıb. Ötən il 620 özəlləşdirilən və şəxsi obyektlər altındakı torpaq sahələri satılıb. Yanvarın əvvəli üçün cəmi 5 154 belə torpaq sahəsi özəlləşdirilib.
2011-ci ildə başa çatan 121 çek hərracında 1 455 SC-nin 55%-dən 70%-dək səhm paketi satılıb. 700 pul hərracında 2013-cü il üçün 1216 SC-nin 30%-45% səhmləri satılıb.
İnvestisiya proqramları başa çatdığı üçün 82 müəssisənin, 2012-ci ildə 4 müəssisənin səhmləri investorlara keçib.
Bu ilin əvvəli üçün 4 118 dövlət obyekti icarədədir. Bunun 1141-i üzrə müqavilə 2012-ci ildə bağlanılıb. 1070 torpaq sahəsində icarə üzrə istifadə edilir. Bu sahələr üzrə müqavilələrin yarısı (503) 2012-ci ildə bağlanılıb. 08D
-
- İqtisadiyyat
- 5 Aprel 2013 17:11
-
- Mədəniyyət
- 5 Aprel 2013 17:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz