«Alfa Sığorta» sığorta fəaliyyətinə razılıq aldı
Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti İdarəsi 03 aprel 2013-cü il tarixdə “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə müddətsiz lisenziya verib.
Müşahidəçilərə görə, “Alfa Sığorta”ya süni təzyiq edilir. Ötən il o, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (yeni AVSMMİS) xidməti hüququndan məhrum edilib. Nəticədə milyon manat mükafatdan məhrum olub. Cəzaya səbəb kimi guya şirkətin qadağan olunmuş güzəştlər təklif etdiyi göstərilirdi. Yəqin, Dövlət Xidməti şirkətlərdə monitorinq keçirmir, yoxsa çoxlu nöqsanlar aşkarlayardı.
Şirkət İcbari Sığorta Bürosunun üzvüdür.
«Alfa Sığorta» şirkəti 1997-ci ildə təsis edilib. Şirkət 25 sığorta növü üzrə xidmət göstərir. 2008-ci ilin fevralında müddətsiz lisenziya alıb. Yeganə təsisçisi və əsas səhmdarı «Texnikabank»dır.
Şirkətin nizamnamə kapitalı 7,78 mln manatdır. --17D—
-
- İqtisadiyyat
- 5 Aprel 2013 17:10
-
- İqtisadiyyat
- 5 Aprel 2013 17:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz