Azərbaycanın birjadankənar QK bazarı iri addımlarla irəliləyir
Birjadankənar korporativ qiymətli kağızlar bazarı istixana şəraitində inkişaf edir – alqı-satqı barədə informasiya məxfi saxlanılır. Bu şəraitdə birjadankənar bazar sürətlə artır.
2013-cü ilin I rübündə Milli Depozit Mərkəzi birjadankənar təkrar bazarda 48 155 min manat məbləğində 103 əqd bağlayıb. Bu, ötən ilin eyni dövründəkindən (23 447 min manat) 2 dəfə, 2011-ci ildəkindən 5 dəfə, 2010-cu ildəkindən 10,8 dəfə çoxdur.
Xatırladaq ki, Bakı Fond Birjasında əsasən kiçik səhm paketlərinin alqı-satqısı üzrə ünvanlı əqdlər bağlanır. Onlar emissiyanın 0,5-1%-i keçmir. Birjadankənar kapitalda 10%-dən çox paya malik olanların insayder əqdləri bağlanır. Qanuna əsasən, BFB bu informasiyanı açıqlamalıdır. Amma BFB heç bir şərh vermədən bunu gizlədir. Ona görə birjadankənar platforma cəlbedicidir və insayderlər qeyri-şəffaflıqdan istifadə edib iri məbləğlərdə əqdlər bağlayırlar. Vəziyyət 2012-ci ilin martından davam edir və AMB yanında Maliyyə Monitorinqi Xidmətinin nəzarətindən çıxıb. 08B
-
- Siyasət
- 5 Aprel 2013 17:03
-
- İqtisadiyyat
- 5 Aprel 2013 17:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz