AİŞ yaxın perspektiv üçün planını açıqlayıb
«Azərbaycan İnvestisiya Şirkəti» ASC nə bu il, nə də gələn il investisiyalaşdırdığı layihələrdən çıxmaq fikrində deyil. Bu barədə Turan-a AİŞ-in icraçı direktoru Rövşən Nəcəf bildirib.
2006-cı ildə qeyri-neft sektoruna dəstək üçün yaradılan şirkət gəmiqayırma, sənaye (sement istehsalı, broyler, süd məhsulları), kənd təsərrüfatı və s. üzrə bir sıra müəssisələrin kapitalında iştirak edir, AİŞ həmçinin Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin (CİİC) çərçivəsində birgə investisiya həyata keçirir.
2012-ci ildə AIŞ 25% paya malik olduğu 2 layihədən çıxıb. Rövşən Nəcəfin sözlərinə görə, şirkətin müəyyən qədər vəsaiti var və bir neçə investisiya layihəsini nəzərdən keçirir.
AIŞ-in kapitalı 170 mln manatdır. Şirkət illik maliyyə hesabatı və audit rəyini açıqlamır. Ona görə kapital resursu və dividendləri barədə informasiya yoxdur. 08B
-
- İqtisadiyyat
- 11 Sentyabr 2013 15:24
-
- İqtisadiyyat
- 11 Sentyabr 2013 15:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz