Turizm problemləri bağlı qapı arxasında müzakirə olunub
Sentyabrın 10-da Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun tərkibində fəaliyyət göstərən Caspian-European Tourism Club-un qapalı iclası keçirilib. Tədbirə Grand Hotel Europe-nın baş meneceri, Caspian-European Tourism Clubun həmsədri Elgün Məmmədov sədrlik edib. Tədbirdə otel, aviaşirkət, turizm şirkətlərinin rəhbərləri iştirak edib. Tədbir CEIBC üzvü şirkətlərin mədəniyyət və turizm, nəqliyyat, maliyyə, vergilər, iqtisadi inkişaf, əmək və sosial müdafiə nazirləri, AMB, Dövlətstandartkom, QKDK və Milli Məclis rəhbərliyi ilə görüşünə hazırlıq çərçivəsində keçirilib. Bu barədə CEIBC-in mətbuat üçün məlumatında deyilir.
Elgün Məmmədov turizmin inkişafında Mədəniyyət və Turizm Nazirliyinin rolunu vurğulayıb. O, şirkətlərə təklif edib ki, təkcə problemlərdən danışmasınlar, onların həlli yollarını göstərsinlər.
CEIBC-in baş icraçı direktoru Telman Əliyev bildirib ki, şirkətlər özləri dövlət strukturlarına təkliflər verməlidir. 08D
-
- İqtisadiyyat
- 11 Sentyabr 2013 15:26
-
- Siyasət
- 11 Sentyabr 2013 15:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz