AMB-nin arzuolunmaz şəxslər siyahısı genişlənib
Azərbaycan Mərkəzi Bankının arzuolunmaz şəxslər siyahısı genişlənib. AMB Maliyyə Monitorinqi Xidmətinin məlumatında deyilir ki, terror təşkilatları ilə əlaqədə ittiham olunan əfqanıstanlı Torek Ağa beynəlxalq sanksiyaya düşüb.
Rəsmi məlumata görə, T.Ağa Fars körfəzi regionunda olan donorlardan vəsait toplanmasına cəlb edilən “Taliban” Hərbi Şurasının əsas komandiridir. AMB-nin siyahısının genişlənməsi BMT TŞ-nin aktivləri dondurulmuş fiziki və hüquqi şəxslərin barəsində sanksiyalar üzrə Komitəsinin yenilənmiş siyahısına uyğundur. Həmin şəxslərin səfərlərinə, silah daşınmasına qadağa qoyulub
Siyahı 1999-cu ildən “Əl-Qaidə” təşkilatının və “Taliban” Hərəkatının maliyyə vəsaitlərinin dondurulması haqda BMT TŞ-nin 1267 saylı qətnaməsi əsasında tərtib edilir. 2015-ci ildə siyahıya 30 dəfə əlavə edilib.
AMB Maliyyə Monitorinqi Xidməti 2009-cu il fevralın 23-dən fəaliyyət göstərir. Onun fəaliyyəti bütün maliyyə qurumlarını, həmçinin qeyri-hökumət və dini təşkilatları, lotereya təşkilatçılarını, makler, rieltor, vəkil və auditorları əhatə edir.--17D—
-
- İqtisadiyyat
- 6 Noyabr 2015 15:27
-
- İqtisadiyyat
- 6 Noyabr 2015 15:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz