Amerikanin hess şirkəti azərbaycandan gedir
Amerikanın Hess şirkəti Azərbaycan aktivlərindən tamamilə yaxa qurtarıb. 2012-ci ilin sentyabrın 7-də o Xəzərin Azərbaycan sektorundakı «Azəri-Çıraq-Günəşli» (AÇG) neft hasilatı layihəsində özünün 2,72% payını, həmçinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində 2,36% payını Hindistanın ONGC şirkətinə satdığını bəyan edib.
Şirkətin saytında yerləşdirilən məlumata əsasən, sövdələşmə $1 mlrd dəyərində qiymətləndirilir. Alış-veriş sövdələşməsini 2013-cü ilin I rübündə yekunlaşdırmaq planlaşdırılır.
«AÇG-də payımızın satışı kiçik faiz aktivlərin ləğv edilməsi strategiyamıza uyğun gəlir», deyə Hess şirkətinin kəşfiyyat və hasilat şöbəsinin prezidenti Qreq Hill bildirib.
Xəzər dənizində, Bakıdan təxminən 100 km şərqdə yerləşən «Azəri-Çıraq-Günəşli» neft yatağı BP-nin operatorluğu ilə 1997-ci ildə işlənilməyə başlayıb. O vaxtdan müqavilə blokundan 280 mln ton neft hasil edilib.
* Hazırda AÇG səhmdarları bunlardır: BP - 35,83%,
Chevron - 11,27%, Inpex - 10,96%, SOCAR - 11,61%, Statoil - 8,56%, Exxon - 8%, TRAO - 6,75%, Itocu - 4,3% və Hess - 2,72%.
BTC Co-nun səhmdarları bunlardı: BP (30,1%), SOCAR (25%), Chevron (8,9%), Statoil (8,71%), TRAO (6,53%), Eni (5%), Total (5%), Itochu (3,4%),
Inpex (2,5%), ConocoPhillips (2,5%) və Hess (2,36%). --12D--
-
- Cəmiyyət
- 10 Sentyabr 2012 12:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz