Ana südü əvəzediciləri nəzarətsizdir

Azərbaycanda uşaq ölümü nadir hadisə deyil. 2013-cü ildə doğulan (Ədliyyə Nazirliyi Baş Notariat İdarəsinin məlumatına görə) 173 min 666 uşağın 11%-i və ya 19 min 100 körpə bir ilədək yaşamayıb. Səhiyyə Nazirliyinin məlumatına görə, min nəfərdən 11% ölüm üç ildir azalma tendensiyası ilə davam edir. Ölümlərin müxtəlif səbəbləri var: anaların stressi, normal doğuşöncəsi şəraitin olmaması, iqlim dəyişikliyi, qeyri-rasional və keyfiyyətsiz qida, bazardakı texniki kənd təsərrüfatı məhsulları, içməli suyun standarta uyğun olmaması.

Süni uşaq qidası bu sırada sonuncu deyil, - mağazalarda o sanki var, amma statistika üçün ayrıca növ kimi yoxdur. Təəssüf ki. Səhiyyə Nazirliyinin məlumatına görə, körpələrin 70%-i süni qidalanır, ona görə ana südünün keyfiyyətli uşaq qidası ilə əvəzlənməsi problemi kəskinlik alır.

Azərbaycanda spesifik məhsulların yerli istehsalçısı yoxdur, ona görə idxal olunan süd qatışığı, sıyıq, püre və şirələrdən danışmaq lazım gəlir. Bütün idxal məhsullarına (Nestle, Humana, Gerber, Hipp və s.), qiyməti bazar yox, məmurlar, o cümlədən Gömrük Komitəsi diktə edir. Mərkəzi Humana mağazasında (Tağı Şahbazi küç., 8) sıyıq (yarımfabrikat) 3 manat, süd qatışığı və müalicəvi qida (maddələr mübadiləsi pozulan uşaqlar üçün) - 6,3 manat, yoqurt və pudinq 2,5 manat, şirələr 1,4 manatdır. Ailələr (orta maaş - $ 500) bir uşaq üçün maaşının yarısını xərcləməli olur.

Dövlətstatkom və DGK-ya görə (http://customs.gov.az/files/201401.pdf), yalnız "süd və süd məhsulları" növü var. Bu ilin yanvarında idxalda ($ 535 mln 126,79 min) süd və s. $ 634,96 min paya malik olub. Əsas tədarükçülər Rusiya, Belarus, Ukrayna, Türkiyə və Almaniyadır.

Heç də bütün qida məhsulları hakimiyyətin sınağından keçmir. Ötən il "Humana" məhsuluna müharibə elan edilmişdi. İyunda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çayı, noyabrın ortalarında Səhiyyə Nazirliyinin Sanitar-karantin Müfəttişliyi bu şirkətin bütün uşaq qidalarının gətirilməsini qadağan etdi. Maraqlıdır ki, qadağa üçün bəhanə İsraildə 3 uşağın ölümü olub. Yerli alimlər bildirir ki, bu məhsullarda В1 vitamini çatmır, bu isə mərkəzi sinir sisteminin pozulması və uşaq ölümü ilə nəticələnir. Sonra bu alimlər məlumatı təkzib etdi, çünki problem yerli və alman isteblişmentinin münasibətləri ilə bağlıdır.

Süni uşaq qidası problemini dövlət maraqlarından kənarda qoymaq günahdır, həm də ona görə ki, 1 yaşında qidalanmanın pozulması izafi çəki, piylənmə, ürək-dama xəstəlikləri, diabetlə nəticələnir. Xarici istehsalçılar zülalı artırmaq üçün əsas kütləyə melamin qatırlar, bu məhsul isə Azərbaycan kimi ölkələrə göndərilir.

Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyevin sözlərinə görə, uşaq xəstəlikləri arasında ilk yeri nəfəs orqanları, ikinci yeri perinatal dövr xəstəlikləri (22 həftədən sonra doğuşun 7-ci gününə kimi) tutur. Üçüncü yerdə qida ilə bağlı mədə-bağırsaq xəstəlikləri gəlir. O, hesab edir ki, ana südü immuniteti artırmaq üçün ən yaxşı qidadır. "Ana südündə bioloji aktiv maddələr, amin turşuları var Bunlar başqa qidalarda yoxdur. Bunlar normal inkişaf və mərkəzi sinir sistemi hüceyrələrinin inkişafı üçün zəruridir. Sübut edilib ki, ana südü alanlar intellektual cəhətdən daha üstün olur", - deyə o bildirir.

Uşaq həkimi Rövşən Əliyevin fikrincə, son 5 ildə müayinə etdiyi 3 yaşadək uşaqların hamısı disbakteriozdan, üçdə biri düzgün qidalanma olmadığı üçün mədə-bağırsaq traktından əziyyət çəkir. Uşaqların yarısında allergiya var. 10 il əvvəl allergiya əsasən təbiət hadisələri ilə bağlı olurdu, indi çoxu qidalanma və məişət kimyası ilə əlaqədardır.

Turan ekspertləri hesab edir ki, ana südü əvəzedicilərinin çox istifadəsi kütləvi reklamla da bağlıdır. Onlar analara rahatlıq, gözəl əndam və s. "zəmanət verir". Gənc anaların çoxu övladlarına süd vermir, bunun törədəcəyi təhlükələri görmür. UNİCEF-in məlumatına görə, süni qida ilə bağlı diareya və pnevmoniyadan uşaqlar daha çox ölür.
Azərbaycanda uşaq qidasını əvəzedicilərindən istifadəni nizamlamaq üçün şərait yoxdur, - deyə iqtisadçı Qubad İbadoğlu bildirir. "Ana südünün quru və maye əvəzləyiciləri bahadır, bütün məhsullar idxal edilir, ona görə bu biznes mənfəətlidir", - deyə o bildirir. Bundan başqa, doğum sayı artdıqca, əvəzedcilərə tələbat da artır. Bu nəzarətsiz bazar tədarükçülər və kiçik iştirakçılar üçün cəlbedicidir. O, təkcə uşaqlara, onların valideynlərinə, Azərbaycan cəmiyyətinə ziyandır. --17D—
 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti