Antidempinq qanunu qüvvəyə minib
«Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" yeni qanun qüvvəyə minib. İqtisadiyyat Nazirliyinin məlumatına görə, qanunun qəbulunda məqsəd yerli istehsalçıların subsidiyalşdırılmış ixracdan və dempinqdən (ölkəyə qiymətindən ucuz mal gətirilməsi) qorunmasıdır.
İyulun 13-də Azərbaycan prezidenti müvafiq fərman imzalamışdı. Qanun dempinqi müəyyən edən müxtəlif tədbirləri, o cümlədən ölkəyə gətirilən mallara gömrük rüsumunun artırılmasını nəzərdə tutur.
Qanuna əsasən, ixracatçı ölkənin daxili bazarında istehlak üçün nəzərdə tutulmuş oxşar malın satış həcmi həmin malın gömrük ərazisinə idxal həcminin 5%-dən az olmadıqda normal dəyərin müəyyən edilməsi üçün kifayət edəcək miqdar hesab olunur.
Dempinq və subsidiyalşdırılmış idxalın yerli istehsala təsiri idxal həcminin analizi, onun yerli məhsulun qiymətinə təsiri, idxal və yerli malın qiymət fərqi, dempinq marjası və s ilə müəyyən ediləcək.
Antidempinq tədbirləri ciddi araşdırmalardan və yoxalmadan 60 gün sonra tətbiq edilə bilər. Müvəqqəti rüsumun məbləği dempinq marjası və subsidiya həcmindən çox ola bilməz. Antidempinq tədbirlərinin müddəti 4-9 ay olacaq. Antidempinq və kompensasiya tədbirləri 5 ildən çox müddətə tətbiq eidlə bilməz.
Qanun layihəsi hazırlananda ÜTT-nin dörd direktivindən istifadə edilib. --17D—
-
- Cəmiyyət
- 13 Oktyabr 2016 13:48
-
- İqtisadiyyat
- 13 Oktyabr 2016 14:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz