Antiinhisar Siyasəti Xidməti yumurtanın qiyməti ilə bağlı çıxış edib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında yumurtanın satış qiyməti ilə bağlı analizinin nəticələrini açıqlayıb
Bu, Xidmətin istehlak bazarında qiymətlərin vəziyyəti barədə bir neçə aydan sonra ilk məlumatı idi.
Məlumatda deyilir ki, yumurtanın satış qiyməti bu ilin 1 yanvarına nisbətən 25%-dək ucuzlaşıb və hazırda 12-15 qəpik arasında dəyişir.
Maraqlıdır ki, bir çox ərzaq mallarının qiyməti durmadan artır. Amma ASİHMDX son 12 ayda bu barədə, o cümlədən siqaretin süni bahalanması barədə çıxış etməyib.
Bir neçə il əvvəl prezident İlham Əliyev yumurtanın qiyməti ilə bağlı Antiinhisar Siyasəti Xidmətini sərt tənqid edib və quşçuluq təsərrüfatlarının rəhbərlərini cinayət məsuliyyəti ilə hədələyib. Bir neçə şəxs cinayət məsuliyyətinə cəlb edilib. O vaxtda yumurta İqtisadiyyat Nazirliyinin tədqiqat obyektinə çevrilib.
Respublika Quşçuluq Cəmiyyətinin rəhbəri Aydın Vəliyev Turan-a bildirib ki, yumurtanın ucuzlaşması bazarda çox olması ilə bağlıdır. Hazırda məhsulun ixracı gündəmə gəlib.
2016-cı ildə 1,6 mlrd yumurta istehsal edilib. Bu, 2015-ci ildəkindən 3,7% çoxdur. Orta hesabla ayda 133 mln yumurta istehsal edilir. Məlumat olmadığı üçün yanvar-fevralda istehsalın nə qədər artdığını demək olmur. --08D—
-
- Bazarların icmalı
- 14 Fevral 2017 16:15
-
- Cəmiyyət
- 14 Fevral 2017 16:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz