Atatürk prospektində yerüstü keçid tikilir
Türkiyənin “Fİ İnshaat” tikinti şirkəti Bakının Atatürk prospektində yerüstü piyada keçidinin inşasına başlayıb. Uzunluğu 84 metr olan keçidin dəyəri açıqlanmır.
Nəqliyyat Nazirliyi yanında “Azəryolservis”ASC-nin mətbuat xidmətindən Turana bildirilib ki, keçid bu ilin yayında istismara hazır olacaq.
Qeyd edək ki, tikinti üçün podratçı seçimi qeyri-şəffaf şəraitdə seçilib. Türkiyə şirkətinin Azərbaycanda hər hansı nümayəndəliyi yoxdur. İnternetə bu şirkət haqda məlumat verilməyib. Yalnız o məlumdur ki, Nəqliyyat Nazirliyi 2011-ci ildən şirkətlə əməkdaşlıq edir. 08B
-
- İqtisadiyyat
- 5 Aprel 2013 11:29
-
- Cəmiyyət
- 5 Aprel 2013 12:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz