AYİB-in benqal prezidenti Bakıdadır
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda investisiya portfelini genişləndirməyi nəzərdə tutur.
Yerli təmsilçilikdə Turan-a bildiriblər ki, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin Azərbaycana 2 günlük səfəri başlayıb. AYİB prezidentinin səfər zamanı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və digər maliyyə qurumları ilə görüşləri nəzərdə tutulur. Səfərin sonunda mətbuat konfransı keçiriləcək. Yerli təmsilçiliyin rəhbəri Nil Makkeyn bankın siyasətindəki yeniliyi şərh edərkən deyib ki, AYİB Azərbaycanda iqtisadiyyat və kapital bazarının inkişafı üzrə işlər davam etdirəcək. Onun fikrincə, ölkənin maliyyə sektorunda dəyişikliklər var, bazarda ciddi rəqabət yaranıb, şəffaflıq və korporativ idarəetmə təcrübəsi formalaşır.
AYİB Azərbaycanda aktiv investorlardandır. Bir neçə il əvvəl Beynəlxalq Bankda səhmlərin 20%-ə iddia edirdi. Hazırda ABB-də dövlətin payı azalır. Yəqin, AYİB-in kapital bazarına marağı bununla bağlıdır. --17D—
-
- İqtisadiyyat
- 15 İyul 2013 14:09
-
- Siyasət
- 15 İyul 2013 14:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz