- İqtisadiyyat
- 10 Fevral 2016, 18:12
- 94
Azərbaycan ABŞ-a şəkər ixrac edir
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İmişli rayonundakı (Bakıdan 258 kilometr cənub-qərb) iqtisadi inkişafı və görülmüş işləri müzakirə etmək üçün bu rayonun icra hakimiyyəti başçısı Vilyam Hacıyevlə görüşüb. Bu barədə ABŞ səfirliyi Twitter səhifəsində məlumat yayıb.
Məlumatda həmçinin deyilir ki, səfir Sekuta görülmüş işlər haqqında məlumat almaq üçün İmişlidə yerləşən “Azersun”un Şəkər zavoduna baş çəkib.
“Şəkər meyvə və tərəvəzdən sonra Azərbaycanın qeyri-neft sektorunda ikinci ən çox ixrac edilən mallardan biridir. ABŞ şirkətləri Azərbaycanın şəkər alıcıları sırasındadır”, deyə ABŞ səfiri qeyd edib. -03D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz