- İqtisadiyyat
- 13 Mart 2015, 14:50
- 227
Azərbaycan Aİ ölkələrinə qaz nəqlində Rusiya ilə rəqabət aparmır
Azərbaycan Avropaya qaz nəqlində Rusiyanın rəqibi deyil. Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev euractiv.com saytına müsahibəsində bildirib.
“Azərbaycan “Cənub axını” və ya “Türk axını” layihəsi ilə Cənub Şərqi Avropaya ildə 63 mlrd. kubmetr qaz ixracını planlaşdıran Rusiya ilə rəqabət aparmır. Cari planlar ondan ibarətdir ki, Azərbaycan 2020-ci ildən başlayaraq Aİ ölkələrinə hər il 10 mlrd. kubmetr qaz nəql edəcək, Bu, həcmcə Rusiya qazından xeyli azdır”, - N.Əliyev qeyd edib.
Energetika Nazirliyinin rəhbəri qeyd edib ki, Azərbaycan mühüm qaz ehtiyatlarına malikdir ki, bu, təxminən 2 trln. 650 mlrd. kubmetr civarında dəyərləndirilir.
N.Əliyev həmçinin bildirib ki, əgər Azərbaycana Yunanıstan-Bolqarıstan interkonnekorunda pay təlkif olunarsa Azərbaycan Bolqarıstana əvvəl danışıldığı kimi ildə 1 mlrd. kubmetr həcmdən çox qaz nəql edə bilər.
“Lakin bu, bizim Bolqarıstan tərəfi ilə müzakirə etdiyimiz yeganə məsələ deyil. Biz həmçinin müzakirə etdik ki, Azərbaycan qazın Bolqarıstanda saxlanması gücünün artırılmasında, həmçinin Bolqarıstanda kimya müəssisələrinin modernləşdirilməsində iştirak edə bilər”, - N.Əliyev bildirib.–0--
-
- İqtisadiyyat
- 13 Mart 2015 14:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz