Neft Fondu xaricdə təmsilçilik açacaq
Dövlət Neft Fondu xaricdə təmsilçilik açacaq. Bu barədə "Financial Times" ARDNF rəhbəri Şahmar Mövsümova istinadən məlumat verir.
Materialda deyilir ki, son 10 ildə ARDNF milli rifah fondları arasında aktivlərinə görə 29-cu olub. Onun aktivləri 37 mlrd dollardır, London, Moskva, Paris və Seulda daşınmaz əmlakı var.
"Fondun investisiya qoyduğu ölkələrin bayraqlarla qeyd edildiyi xəritə var. Bu xəritə bayraqlarla örtülüb", - deyə Mövsümov bildirib.
Həmçinin qeyd edilir ki, yaxın vaxtlarda ARDNF Çin yuanına investisiya qoyacaq.
Fond bunun üçün Çin Xalq Bankından 3 mlrd yuan investisiya üçün icazə alıb.
"Bu sahə Azərbaycan üçün yenidir. Biz aktivlərin idarə edilməsi üzrə şirkət də yaratmışıq", - deyə o bildirib.
Növbət addım yəqin ki Londonda nümayəndəlik açmaq olacaq. 2015-ci ilin əvvəli üçün Fondun aktivləri 3,42% artaraq 37 104,1 mln dollar olub. —12D--
-
- İqtisadiyyat
- 13 Mart 2015 14:44
-
- İqtisadiyyat
- 13 Mart 2015 14:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz