ARSNŞ üçüncü dollar istiqrazı buraxılışı yerləşdirib
Dövlət Neft Şirkəti (ARDNŞ) cəlb etmə üçün nəzərdə tutulmuş həcmdən 25% az məbləğdə dollar istiqrazlarının sayca üçüncü buraxılışını yerləşdirib. Bu barədə “Global Capital” məlumat verir.
Məlumata görə, buraxılışın ümumi həcmində 1 milyard dollarda 15 illik istiqrazlar 6,95 faiz gəlirliklə 750 miyon dollar yerləşdirilib.
Yerləşdirmədən əldə edilən vəsaitin yarısı Türkiyədə “Star” neft emalı zavodunun tikintisinə xərclənəcək, qalan hissəsi isə şirkətin qısamüddətli kreditlərinin yenidən maliyyələşdirilməsinə və ümumi korporativ məqsədlərə ayrılacaq.
Daha əvvəl ARDNŞ-nin kapital bazarından gəlirliyi 7 faiz olan 1 milyard dollar cəlb edəcəyi gözlənilirdi. Buraxılışın menecerləri qismində "Deutsche Bank" və "JP Morgan" seçiliblər.
ARDNŞ lk buraxılış 2012-ci ilin fevral ayında olub. ARDNŞ 5 il müddətinə $500 mln məbləğində avrobondun debüt buraxılışını (gəlirlilik 5,45%) həyata keçirib. 2013-cü ilin mart ayında şirkət CEEMEA (Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq. Afrika) bazarında 10 il müddətinə $1 mlrd məbləğində avrobondun ikinci buraxılışını yerləşdirib. Onlara tələbat emissiyadan üç dəfə çox olub.
ARDNŞ-nin avrobondlarının ikinci buraxılışı 4,75%-lə olub, hazırda faiz 5,8-dir. Bu əqdin hesabına 3 mlrd dollar cəlb edilib. –12D--
-
- İqtisadiyyat
- 13 Mart 2015 14:25
-
- İqtisadiyyat
- 13 Mart 2015 14:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz