- İqtisadiyyat
- 12 İyun 2014, 12:59
- 176
Azərbaycan Neft Fondu 2014-cü ildə Çin valyutasına $1,8 mlrd yatırım edəcək
Azərbaycan Neft Fondu bu il Çin yuanına $1,8 mlrd yatırım edəcək Bu barədə "Financial Times"a Fondun rəhbəri Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, ARDNF bu barədə artıq müraciət edib.
"Bu valyutanın əhəmiyyəti artmaqdadır. Onda yuana niyə yatırım etməyək? Artıq hazırlıq işləri başa çatır", - deyə Mövsümov bildirib.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, mərkəzi bank və suveren fondların aktivləri 11,7 trln dollara yaxındır. Onların çoxu dollar və avro ilədir. Təxminin hesablamalara görə, Çin yuanı ilə 48 mlrd dollar və ya məcmu aktivlərin 0,5%-i saxlanılır.
ARDNF rəhbərinin sözlərinə görə, ötən ilin sonunda portfelində valyuta payını (dollar, avro və funt istisna) 5%-dən 10%-ə artırmaq barədə qərar qəbul edib.
"Əlavə 5% və ya 1,8 mlrd dollar başqa valyutalara qoyulacaq. İlin sonuna kimi sərbəst həcmi yuana qoyacağıq", - deyə Mövsümov bildirib və əalvə edib ki, Fond Çin valyutası ilə istənilən aktivlər üçün investisiyaya açıqdır.
ABŞ və Avropada faiz dərəcəsinin artım perspektivi ARDNF-ni məcbur edib ki, istiqrazlara yatırımda ehtiyatlı olsun, deyə o bildirib.
"Bu trend qızıl alışı proqramının dayandırılması ilə nəticələndi. Dünya iqtisadiyyatı bərpa olunanda qızılın qiyməti düşəcək", - deyə ARDNF rəhbəri bildirib.
ARDNF 1999-cu ildə yaradılıb. O vaxt aktivləri 271 mln dollar idi. 1 aprel 2014-cü il üçün ARDNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə ($35 877,5 mln) 2,07% artaraq $36 618,4 mln olub. –0--
-
- Cəmiyyət
- 12 İyun 2014 11:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz