Azərbaycan rabitə peyki "Intelsat"ı maraqlandırıb
Beynəlxalq Peyk Rabitəsi Təşkilatı "Intelsat" (TheInternational Telecommunications Satellite Organization) "Azərkosmos" ilə əməkdaşlıq etmək istəyir, deyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat verir..
Nazir Əli Abbasov Intelsatın icraçı direktoru Devid Makqleyd və təşkilatın prezidenti Stiven Spenqlerlə görüşdə qeyd edib ki, tərəflərin əməkdaşlıq perspektivi var.
Qeyd edilib ki, Azərbaycan orbitə peyk və kosmik rabitə vasitələri, Yerin zondlanması peyki çıxaracaq.
Intelsat Beynəlxalq Peyk Rabitəsi Təşkilatı 1964-cü ildə yaradılıb.–17D—
-
- İqtisadiyyat
- 12 İyun 2014 15:37
-
- İqtisadiyyat
- 12 İyun 2014 16:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz