Azərbaycan yol infrastrukturu tikintisinə daha $45 mln borc alır
Asiya İnkişaf Bankı Ağstafa-Poylu-Sadıqlı-Gürcüstan Respublikası dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yolları üzərində yerləşən dörd körpünün tikintisi üçün 45.0 milyon ABŞ dolları ayıracaq.
Bu barədə 5 mayda Astanada Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankı arasında “Yol şəbəkəsinin İnkişafı Proqramı – Layihə 4” üzrə kredit müqaviləsi imzalanıb.
Müqaviləni Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və AİB-nın prezidenti Takehiko Nakao imzalayıb. Vəsait əvvəlcədən təsdiq olunmuş Çoxtranşlı Maliyyələşmə Mexanizmi çərçivəsində qalıq qalan hissə kimi ayrılacaq. Deyilən layihənin qiyməti $58 mln-dur. Qalan $13 mln hökumətin payına düşür.
Azərbaycanın yol infrastrukturunun inkişafı üzrə çoxtranşlı proqram 2008-ci ildə təsdiq edilib. AİB MFF çərçivəsində 3 tranş imzalayıb – iki dəfə $200 mln, bir dəfə $55,4 mln.
Azərbaycan 22 dekabr 1999-cu ildən AİB üzvüdür. Hazırda bankın Azərbaycan üzrə aktiv portfeli $1,2 mlrd-dır. --17D—
-
- İqtisadiyyat
- 7 May 2014 14:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz