Azərbaycanda orta əmək haqqı 460,1 manatdır
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2015-ci ilin sentyabrın 1-i üçün orta aylıq əmək haqqı ilin əvvəli ilə müqayisədə 4,4% - 444,5 manatdan 460,1 manata artıb.
Rəsmi statistikaya görə, 9 ayda inflyasiya 3,7%, ərzaq inflyasiyası isə 6% təşkil edib. Demək olar ki, inflyasiya maaş artımını “yeyib”.
Ancaq dollarla ifadədə, yəni nominal deyil, real ifadədə maaşlar 25,7% azalıb - fevralın 22-də olan devalvasiyaya qədərki məzənnə ilə 568 dollardan sentyabrın 1-ə 422 dollara düşüb. Bu dövrdə xarici sənaye və yeyinti məhsullarının qiyməti 30% artıb, bu da manatın alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub.
Ən yüksək əmək haqqını neft sahəsində çalışanlar alır – 1700 manatdan çox, informasiya və rabitə sahəsində çalışanlar 700 manatdan artıq əmək haqqı alır.
Ən yüksək əmək haqqını ölkə prezidenti alır – 15 min manat, ancaq o da devalvasiyada əhəmiyyətli dərəcədə itirib.
2013-cü ildən minimal əmək haqqı sabit qalır – 105 manat. Yaşayış minimumu isə 125 manatdır. -0-
-
- Cəmiyyət
- 16 Oktyabr 2015 13:09
-
- İqtisadiyyat
- 16 Oktyabr 2015 13:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz