Azərbaycanın xarici aktivlərinin 75%-i dollar ilədir
Dövlətlərin dollarla aktivlərinin və öhdəliklərinin statistikası onların ABŞ valyutasına ehtiyacını əks etdirir, deyə iqtisadçı Fariz Hüseynli hesab edir.
Turan-ın məlumatına görə, o, Facebook səhifəsində yazıb ki, bir sıra ölkələrin liderlərinin bəyanatı yox, statistika vacibdir.
«Bank for international settlements»in statistikasını nümunə gətirən ekspert qeyd edir ki, Azərbaycanın xarici aktivlərinin 75%-i, öhdəliklərinin 70%-i dollar ilədir. Rusiyanin aktivlərinin 82 faizi, öhdəliklərinin isə 91 faizi xarici valyutanın payına düşür. Türkiyənin aktivlərin 46 faizi, öhdəliklərin 58 faizi dollarlardır.
«Rəqəmlər göstərir ki, dollara tələb və ehtiyac böyükdür. Əlbəttə, hər ölkə çalışır ki, dollara olan ehtiyacını azaltsın, amma bunun ucun dayanıqlı iqtisadi inkişaf və güclü maliyyə bazarları yaratmaq lazımdır», deyə F.Hüseynli hesab edir.
Ekspert qeyd edir ki, bir tərəfdən xarici valyuta ilə aktivlərin olması yaxşıdır, çünki ölkədə ehtiyac olanda onların bir hissəsini satmaq olar. Ona görə hər bir ölkə dollar aktivi toplamağa cəhd edərək ehtiyat tədbirləri görür.
Digər tərəfdən, xarici valyuta ilə yatırımlardan mənfəətin araşdırılması vacibdir. 71D
-
- İqtisadiyyat
- 5 Yanvar 2017 13:39
-
- Cəmiyyət
- 5 Yanvar 2017 14:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz