«Azərpoçt»un Beynəlxalq Poçt İttifaqının tövsiyələrinə uyğun yeniliyi
Sabahdan «Azərpoçt» MMC Ukraynaya pul köçürmələrinin yeni texnologiyasına başlayacaq. Bu, STEFI (Secured Transfer of Electronic Financial Information) sürətli pul köçürmələri sisteminə qoşulma sayəsində mümkün olacaq.
Bu sistem sayəsində sürətli pul köçürmələri 30 dəqiqəyə həyata keçiriləcək. Tariflər mövcud qiymətlərdən yüksək deyil.
STEFI sürətli pul köçürmələri sistemi üzrə sazişlər hələ Ukrayna və Belarusla bağlanılıb. Sistemin üstünlüyü ondadır ki, vəsait 3 saata çatdırılır. Yerli poçtuin əsas maliyyə üstünlüyü odur ki, göndəriş və qəbuldan gəliri yalnız “Azərpoçt” əldə edəcək.
Sistem bu ilin I rübündə işə düşməli idi, amma texniki problemlərdən sentyabra keçirildi.
Perspektivdə tərəfdaş ölkələr artacaq, xidmət sutka boyu işləyəcək.
Sistem Beynəlxalq Poçt İttifaqının tövsiyələrinə uyğun həyata keçirilir və MDB məkanında ilk dəfə Bakıda istismara veriləcək. Ukrayna ilə iş uğurlu alınsa, yerli poçt STEFI sistemi ilə Rusiya, Belarus, Qazaxıstan və Moldova ilə də mübadilə həyata keçirəcək.
«Azərpoçt» MMC Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri ilə də pul köçürmələri həyata keçirir. --17D—
-
- Siyasət
- 3 Sentyabr 2012 15:51
-
- Söz istəyirəm
- 3 Sentyabr 2012 15:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz