Bakıdan Tbilisiyə və əksinə sərnişin axını azalır
“Azerbaijan Airlines” QSC Bakı-Tbilisi-Bakı istiqamətində ekonom sinif sərnişinlər üçün bileti ucuzlaşdırıb. Bunu qış mövsümündə sərnişin axınının azalması ilə izah edirlər.
AZAL təyyarələrində (Embraer) bu istiqamətdə bilet minimum 240 əvəzinə minimum 200 manatdır, deyə “Silk Way Travel” şirkətində Turan-a bildiriblər.
Bir il əvvəl bu marşrutla gündə iki dəfə icra edilirdi. İndi AZAL Tbilisiyə bazar ertəsi, çərşənbə, şənbə və bazar günləri uçuş həyata keçirir.
AZAL həmçinin “Qatar Airways” aviaşirkəti ilə birgə bu marşrutda uçuş həyata keçirir (çərşənbə axşamı, cümə axşamı, cümə). Bu aviaşirkət iki tərəfə bileti 348 manata (ekonom sinif) və 728 manata (biznes sinif) satır.
Tbilisiyə dəmir yolu və avtomobillə də getmək olar. «Azərbaycan Dəmir Yolları» Tbilisi və geriyə hər gün reys icra edir. Kupedə biletin qiyməti 28 manat, 50 manatdır. Bu nəqliyyatda da sərnişin axını böyük deyil. Qatarda 3-4 vaqon olur. 08B
-
- Cəmiyyət
- 7 Fevral 2014 13:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz