Bank zərər çəkməməlidir, amma vətəndaşa olar?
Mərkəzi Bankın müəyyən etdiyi marja əhalini soymağa imkan verən yeni legitim üsula çevrilib.
Belə ki, devalvasiyadan sonra alış-satış arasında müəyyən edilmiş fərq banklara vətəndaşlardan valyutanı aşağı qiymətə almaq və yüksək qiymətə satmaq imkanı verir. Bu fərq təxminən 8% təşkil edir (alışda 4%, satışda 4%).
Belə ki, bu gün banklarda dolların alış qiyməti 1.51-1.54 manat təşkil edir. Eyni zamanda, banklar dolları 1.58-1.62 manata satır.
Eyni zamanda, Mərkəzi Bankın rəsmi məzənnəsi bir dollar=1,57 manat təşkil edir.
Məsələn, fevralın 10-da “Yapıkredi bank” və “Respublika bank” dolları 1,51 manata, “AFbank”, “Xalqbank” 1,54 manata alıb.
Aydındır ki, banklar zərərinə işləməməlidir, amma böhran şəraitində varlanmaq da ədalətsizdir. Özü də buna Mərkəzi Bank şərait yaradırsa.
Müqayisə üçün xatırladaq ki, 2015-ci il dekabrın 21-də baş vermiş devalvasiyaya qədər marja cəmi 2% təşkil edirdi. -05В-
-
- Siyasət
- 10 Fevral 2016 17:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz