Standartkomun üç strukturunun hüquqi statusunun dəyişdirilməsi üzrə təkliflər hazırlanıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dövlət büdcəsindən maliyyələşən üç strukturunun hüquqi statusunun dəyişdirilməsi üzrə təkliflər hazırlayıb. Söhbət onların özünü maliyyələşmə əsaslı bir publik hüquqi şəxsə çevrilməsindən gedir.
SMPDK mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Turan-a bildirib ki, Dövlət Metrologiya Xidməti, Dövlət Akkreditasiya Xidməti və Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu publik hüquqi şəxsə çevrilə bilər. «Təkcə Avropa ölkələrində yox, MDB-nin bir sıra ölkələrində bu cür dövlət strukturları təsərrüfat subyekti kimi işləyir və dövlət tərəfindən maliyyələşdirilmir».
Standartkomun aparatında da kadr ixtisarı gözlənilir.
Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsində Dövlət Metrologiya Xidmətinin maliyyələşməsinə 557 876 manat, Dövlət Akkreditasiya Xidmətinə 286 508 manat ayrılıb. 08B
-
- İqtisadiyyat
- 10 Fevral 2016 16:26
-
- İqtisadiyyat
- 10 Fevral 2016 17:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz