Bələdiyyələr vergiləri nağd almayacaq
Yaxın yarım ildə yerli bələdiyyələr dövlət ödəniş portalının mərkəzləşdirilmiş kütləvi ödənişlər informasiya sisteminə (Automated payment utility service или APUS) qoşulacaq.
Məlumatı İnformasiya-hesablama Mərkəzində brifingdə danışan AR Mərkəzi Bankının ödəmə sistemi və hesablaşma departmanetinin direktor müavini Vahid Qurbanov bildirib ki, özünüidarəetmə orqanlarının online-ödəniş sisteminə çıxışa ehtiyacı var.
Onların portala qoşulması üçün texniki təchizat tələb olunur, informasiya sisteminin formalaşmasından sonra onlar real vaxt rejimində ödəmələri qəbul etməyə hazır olacaqlar, - deyə o bildirib.
Xatırladaq ki, Vergilər Nazirliyinin hesabında ölkənin səkkiz bələdiyyəsində bələdiyyə vergisi ödəyənlərinin elektron uçotunun tətbiqinə dair reallaşdırılan pilot layihələr var.
Layihələr çərçivəsində bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sisteminin (BVIS) sınaqları uğurla keçirilib, bu da bələdiyyə vergilərinin ödənilməsi ilə bağlı bütün əməliyyatların avtomatlaşdırılmasına imkan verir.
AR Vergilər Məcəlləsi fiziki şəxslərdən torpaq vergisini, fiziki şəxslərin əmlak vergisini bələdiyyə vergisi hesab edir. Bundan əlavə, yerli özünüidarəetmə orqanları yerli əhəmiyyətli tikinti materialları vergisi, həmçinin bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlarından mənfəə vergisi almaq hüququna malikdir. --17D—
-
- Foto sessiyalar
- 12 Sentyabr 2015 20:38
-
- İqtisadiyyat
- 12 Sentyabr 2015 21:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz