Birja informasiyalarının açıqlanmasının yeni qaydaları qəbul edilib
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Fond birjasının məlumatlarının açıqlaması Qaydası”nı (http://goo.gl/0ZKOb4) təsdiq edib.
Qaydalar Fond birjasının fəaliyyəti, ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətlərinin tələb və təklif qiymətləri, həmçinin onlarla bağlanmış əqdlərlə bağlı məlumatların açıqlanmasına dair tələbləri müəyyən edir. Ticarət öncəsi və bağlanmış əqdlərə dair məlumatların açıqlanması maliyyə bazarlarının sabitliyinin pozulması və ya ölkə iqtisadiyyatına mənfi təsir göstərə bildiyi təqdirdə QKDK məlumatların açıqlanmasını təxirə salır.
Bağlanan birja əqdləri haqqında ümumiləşdirilmiş informasiya ticarət günü ərzində birjanın intyernet saytında açıqlanır. Ünvanlı əqdlər haqqında informasiya birjanın daxili qaydalarına uyğun açıqlanır.
Bundan başqa, birja hər bir investisiya şrkəti üzrə bağlanan əqdlərin aylıq icmalını da açıqlayacaq.
Azərbaycanda fond birjası 2000-ci ildən fəaliyyət göstərir. İndiyədək birja listinqinə 10-dan çox şirkətin qiymətli kağızları qəbul edilib. Birja indeksi yoxdur. İnvestisiya qiymətli kağızları əsasən Ünvanlı əqdlər yolu ilə satılır. Bu vaxt əqd tərəfləri QK-ın birjaya gəlməsində əvvəl şərtləri razılaşdırır.
Bir il ərzində birjada korporativ QK üzrə 4000-5000 əqd bağlanılır. 08B
-
- Siyasət
- 11 Yanvar 2016 11:42
-
- İqtisadiyyat
- 11 Yanvar 2016 12:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz