- İqtisadiyyat
- 14 Mart 2013, 11:46
- 199
CEIBC görüşləri bərpa edir
Xəzər Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) bu il aprelin 1-dən biznes-hakimiyyət görüşlərinin fəal təşkilinə başlayır. Görüşlər demək olar ki, bir neçə ildir ki, dayandırılıb.
“Biznes-hakimiyyət dialoqunun canlandırılması məqsədilə Azərbaycan prezidentinə, CEIBC-in sədri İlham Əliyevə müraciət edərək nazirlər, dövlət komitələri və agentliklərinin rəhbərləri ilə daimi görüşlərin təşkili təşəbbüsünü dəstəkləməyi xahiş etmişik”, - CEIBC-nin prezidenti və baş icraçı direktoru Telman Əliyev bildirib.
“Təşkil etdiyimiz görüşlərin nəticələri üzrə müzakirə olunan problemlər və onların həllinə yardım göstərəcək təkliflərə dair hesabat hazırlanacaq. Bununla əlaqədar biz dövlət başçısına müraciətdə biznesin zəruri problemlərinin həlli üçün bu ilin sentyabrında onunla görüşlə bağlı təşəbbüsümüzü dəstəkləməyi xahiş etmişik”, - T.Əliyev vurğulayıb.
Caspian Energy International Media Group və CEIBC-nin biznes nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə görə, onlar ilk növbədə 18 yüksəl vəzifəli məmur, o cümlədən 10 nazirlə görüşmək istəyirlər.
“Bu görüşlər ayda iki dəfə keçiriləcək və ilk belə görüş fevralın sonlarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla olub”, - T.Əliyev bildirib.
CEIBC 2002-ci ilin iyununda Caspian Energy International Media Group-un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. --08D—
-
- İqtisadiyyat
- 14 Mart 2013 11:39
-
- Cəmiyyət
- 14 Mart 2013 12:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz