DESFA-nın üçdə birinin alınması danışıqları bərpa edilib
Yunanıstanla Azərbaycan qaz kəmərləri sistemi operatoru “DESFA”nın səhmlər paketinin SOCAR-a satılması məsələsini müzakirə edib. Yunanıstan İstehsal İslahatları, Ətraf Mühitin Mühafizəsi və Energetika Nazirliyi bildirir ki, avqustun 12-də Yunanıstanın energetika naziri Panos Skurletis ilə “SOCAR Energy S.A. Greece” şirkətinin baş direktoru Anar Məmmədovun görüşü olub. Görüş zamanı nazir hökumətin Azərbaycanla enerji əməkdaşlığı sahəsində nikbin əhval ruhiyyə nümayiş etdirdiyini qeyd edib.
Xatırladaq ki, 2013-cü ilin dekabrında SOCAR DESFA-nın səhmlərinin 66%-nin satışı üzrə tebderdə qalib gəlib. Əqdə Avropa Komissiyasının Rəqabət üzrə Direktorluğu baxır. Prosedur ilin sonuna kimi davam edə bilər.
Elə həmin gün P.Skurletis Transadriatik qaz kəməri (TAP) konsorsiumunun icraçı direktoru Yan Bredşou, Xarici Əlaqələr üzrə direktor Maykl Hoffman və Yunanıstan üzrə TAP-ın direktoru Rikard Skufiasla görüşüb.
Tərəflər texniki məsələləri nəzərdən keçirib və yaxın zamanda TAP-ın Yunanıstanda layihə işlərinə başlamasına imkan verən növbəti addımları aktivləşdirmək üçün başqa məsələləri həll və müzakirə etmək üçün görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.
TAP layihəsi «Şahdəniz-2» qazının 2020-ci ilin əvvəlindən Avropaya nəqli üçün nəzərdə tutulub.
ТАР-ın səhmdarları bunlardır: SOCAR, BP və Statoil – hərəyə 20%, Fluxys – 19%, Enagás – 16%, Axpo – 5%. --17D—
-
- İqtisadiyyat
- 14 Avqust 2015 02:44
-
- Siyasət
- 14 Avqust 2015 12:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz