- İqtisadiyyat
- 15 Avqust 2012, 17:13
- 129
Dörd türkdilli dövlət İqtisadi İnkişaf Fondu yaradır
Türkdilli dövlətlərin İnkişaf Fondu yaratması Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iqtisadi inkişafına təkan verəcək.
İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, belə bir ideya ilə avqustun 13-14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 2-ci görüşündə Qırğızıstanın iqtisadiyyat və antiinhisar siyasəti naziri Temir Sariyev çıxış edib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Xəlil Akınçının sözlərinə görə, iqtisadiyyat təkcə karbohidroen satışından ibarət deyil. Görüş iştirakçıları əməkdaşlığın qarşılqlı faydasından danışıblar. Təklif olunub ki, inkişaf etmiş ölkələrdən və beynəlxalq təşkilatlardan investisiya cəlb edilsin, həmçinin arbitraj məhkəməsi yaradılsın. Gündəlikdə həmçinin nəqliyyat hərəkətinin yaxşılaşdırılması, investisiya agentliyinin yaradılması da olub.
Qeyd edilib ki, qarşılıqlı əmtəə dövriyyəsi bu ilin I yarısında 35% artıb. Görüşün sonunda Bişkek sammiti öncəsi əməkdaşlıq üzrə tövsiyələr qəbul edilib.
Şura çərçivəsində 4 işçi qrup fəaliyyət göstərir: iqtisadiyyatın diversifikasiyası, investisiya mühitinin yaxşılaşdırılması, nəqliyyat və sahibkarlığın inkişafı.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 1-ci görüşü ötən ilin 20-21 oktyabrında Astanada keçirilib.
TDƏŞ yaradılması ideyası 2006-cı ildə atılıb, 2009-cu ildə bu strukturun yaradılması barədə saziş imzalanıb. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz