Dövlətstatkom gizli iqtisadiyyat və gəlirlərin azalması haqqında
Dövlətstatkomun sədr müavini Rauf Səlimov «Statistika xəbərləri» jurnalındakı məqaləsində gizli iqtisadiyyatən xüsusi çəkisi barədə məlumat verib. Bunun çoxu sosial və başqa xidmətlərin (3,3%) payına düşür. Ardınca ticarət və nəqliyyatın təmiri (2,1%), tikinti 1,3%, sənaye gəlir - 1,1%.
Gənd təsərrüfatında bu göstərici 0,5%, nəqliyyat və anbar təsərrüftalarında 0,4%, turizm və ictimai iaşədə 0,4%-dir (cəmi ÜDM-in 9,1%-).
Turan ekspertləri-nin fikrincə, bu, yüksək göstərici olsa da, real rəqəmlərə uyğun deyil. DSMF-nin məlumatına görə, 250 min sahibkar icbari sığorta üzrə hesab açıb. Cəmi 5 mln əmək qabiliyyətli əhalidən 3 mln nəfərin fərdi hesabı var.
Səlimov müəssisə və təşkilatların statistik hesabat və bəyannamələrində də təhriflər olduğuna toxunub. Hər 10 hesabatdan 6-da məlumatlar təhrif edilib. Kiçik müəssisə və özəl sahibkarlarda söhbət 70%-dən gedir.
Şirkətlərin faktiki gəlirləri 29,1%, maaş xərcləri 23,8% azaldılır. Xammal və material alınması xərcləri 14,5%, xidmət xərcləri 16,1%, başqa xərclər 6,3% şişirdilir.
Məqalədə bildirilir ki, gəlirlərin gizlədilməsi səviyyəsi belədir: ticarət 44,4%, emal sənayesi - 25,8%, nəqliyyat və aqrar-sənaye 33,8%, ictimai iaşə və turizm biznesi - 29,4%, sosial və başqa xidmətlər – 22,3%. --17D—
-
- İqtisadiyyat
- 20 Oktyabr 2015 20:52
-
- Cəmiyyət
- 21 Oktyabr 2015 00:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz