DŞAK-ın tenderində ondan asılı struktur qalib gəlib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Tikinti və Arxitektura ETİ-i ilə şəhərsalma və tikinti normalarını nizamlayan normativ sənədlərinin işlənilməsi ilə bağlı müqavilə imzalayıb. Ancaq hətta bu ETİ-nın tenderdə iştirakı qanunvericiliyə ziddir.
AR “Dövlət satınalmaları haqqında” qanununun 31.1-ci maddəsinə əsasən (dövlət satınalmalarında maraqların toqquşması), alıcı təşkilatdan hüquqi, maliyyə və təşkilatı formada asılı qurumun tenderdə iştirakı yolverilməzdir. Tikinti və Arxitektura ETİ DŞAK-a tabe strukturdur. Bundan əlavə, Dövlət Komitəsinə “Azərmemarlayihə” ATİ-də tabedir.
Tikinti və Arxitektura ETİ-nin direktoru Abdı Qarayev Turan-a bildirib ki, normativ sənədlərin hazırlanması üzrə tenderdə digər elmi-tədqiqat institutları da iştirak edib. Amma onun institutuna üstünlük verilib. «Bizim ETİ-nin sahə üzrə ixtisaslaşan yüksək ixtisaslı kadrları var. Bundan başqa, DŞAK-la əməkdaşlıq təcrübəmiz var. Onların sifarişi ilə 14 layihə sənədi hazırlanıb, bunun 8-i qüvvədədir», deyə Abdı Qarayev bildirib.
Qeyd edək ki, DŞAK ilə Tikinti və Arxitektura ETİ arasında 25 avqustda bağlanan müqavilənin qiyməti 114,5 min manatdır.
Abdı Qarayevin sölərinə görə, 2018-ci ilin əvvəlinə kimi sürüşmə və sürüşmə zonasına qarşı, anbar binası və anbar istismarı layihəsi hazırlanacaq. 08B
-
- İqtisadiyyat
- 1 Sentyabr 2016 15:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz