- İqtisadiyyat
- 5 May 2015, 23:31
- 159
Ekspert: «ASK inkişafı üçün təkcə pul lazım deyil»
Asiya İnkişaf Bankı 3 struktura $120 mln ayrılmasını təsdiq edib.
Bunlar «AccessBank», «Finca Azerbaijan» və «DəmirBank»dır. Vəsait aqrar sənaye kompleksinin maliyyələşməsi üçün ayrılır.
2005-ci ilin əvvəlindən AİB kənd təsərrüfatımız üçün $215 mln ayırıb.
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov Turan-a deyib ki, bu vəsaitlər ASK-i canlandırmayıb. Hökumət də hər il fermerlərə 11 mln manat ayırır və kredit məbləği iqtisadiyyatın inkişafının real nətcələrini əks etdirmir.
2003-cü ildən vəsaitlər yüksək vəzifəli məmurlara bağlı sahibkarlara verilir. Onların hərəsinə təsərrüfatı böyütmək üçün 10 mln ayrılır. Amma məhz kiçik və orta sahibkarlıqda daha çox içi cəmlənib.
Əvvəllər AccessBank kreditləri üçün Cəlilabadda kartof əkmək istəyənlər növbəyə dururdu. Amma satış bazarına sərbəst çıxış olmadığı üçün və qiymət ucuzluğundan maraq azaldı. «Problem kompleks həll edilməlidir – keyfiyyətli toxum, gübrə, logistika mərkəzi, anbarlar, kadr məsələsi, texnika, maarifçilik və s. Bunların hamısı qarşılıqlı əlaqəli olmalı, kiçik və orta sahibkarların mənafeyi nəzərə alınmalıdır», - deyə o bildirib. --17D—
-
- Cəmiyyət
- 5 May 2015 19:33
-
- İqtisadiyyat
- 5 May 2015 23:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz