E.ON Ruhrgas Bakı və Abşeronun qaz təchizatı şəbəkəsinin təkmilləşdirilməsi layihəsinin TİƏ-ni təqdim edib
Ötən həftə "Azəriqaz" İB-də Almaniyanın E.ON Ruhrgas şirkəti 2011-ci ilin oktyabrından hazırladığı Bakı və Abşeronun qaz təchizatı şəbəkəsinin təkmilləşdirilməsi layihəsinin TİƏ-ni təqdim edib.
ARDNŞ mətbuat xidmətinin məlumatına görə, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev tədbiri giriş sözü ilə açaraq Bakı və Abşeron yarımadasında təbii qaz təchizatı şəbəkəsinin modernləşməsi və yenidən qurulması məsələsinin respublika iqtisadiyyatı və Abşeron yarımadasının sosial-iqdisadi inkişafı nöqteyi-nəzərindən mühüm yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, layihə hazırlanarkən Bakı və Abşeron yarımadasında 2030-cu ilədək yaranacaq tələbatın ödənilməsi nəzərə alınıb.
Təqdimatda texniki-iqtisadi əsaslandırmanın xülasəsi, nəticələri, eləcə də layihənin reallaşdırılması üçün müəyyən edilmiş mərhələlər əksini tapıb. Sonra “Azəriqaz” İB-nin aparıcı mütəxəssisləri TİƏ sənədinin müddəaları ətrafında müzakirə aparıblar.
* 28 oktyabr 2011-ci ildə “Azəriqaz” İB və E.ON Ruhrgas AG Bakı və Abşeron yarımadasında təbii qaz təchizatı şəbəkəsinin modernləşmə və yenidən qurulması layihəsinin TİƏ-nin tərtibi barədə saziş imzalayıblar. Orada sənayenin inkişafı, əhalinin tələbatının artması, qaz itkisinin azaldılması, mövcud qazpaylayıcı şəbəkənin genişlənməsi nəzərə alınıb. --12D—
-
- Cəmiyyət
- 3 Sentyabr 2012 19:31
-
- Söz istəyirəm
- 3 Sentyabr 2012 20:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz