«Evrobank» kreditorlarının nəzərinə
«Azerbaijan International Consulting Company (müflis olan «Evrobank»ın ləğvedicisi) oktyabrın 15-dək kreditorların tələblərini qəbul edir.
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qəbul etdiyi qərara əsasən, 60 təqvim günü ərzində müraciət edilməlidir (Turan 12 avqustda yazmışdı ki, QKDK bnkın səhm emissiyasını baş tutmamış elan edib).
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı və ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya təminat barədə məlumat.
İflas prosesi "Evrobank" ASC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Plotnikov küçəsi, 21 saylı ünvanda həyata keçirilir. Kredirtorlar tələblərinin qeydə alınması üçün göstərilən ünvanda ləğvedicinin nümayəndəsinə və ya birbaşa ləğvedici "Azerbaijan İnternational Consulting Company" MMC-nin Bakı şəhəri, M. Rahim küçəsi, 4a saylı ünvanda yerləşən ofisinə müraciət edə bilərlər.
Əlavə məlumat almaq üçün nümayəndə Elçin Mustafayevdir. Əlaqə nömrələri: (012) 539-47-22; (012) 539-73-17 , Mob: (055) 211-25-57
Mərkəzi Bank «Evrobank»ın lisenziyasını ləğv edib. Qərar 16 iyulda qüvvəyə minib. «Evrobank» (əvvəllər Azinvestbank) 1992-ci ildə yaradılıb. 1 filialı olub. Nizamnamə kapitalı 11 mln manat, kredit portfeli 40 mln manat təşkil edib.–17—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz