Фото из открытых источников

Фото из открытых источников

Azərbaycanda iş axtaran gənclərin yalnız 17,3%-i  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məşğulluq mərkəzlərinə müraciət edir. Transparency Azerbaijan  QHT-nin apardığı sosioloji sorğular göstərir ki, respondentlərin 52%-i əmək yarmarkaları barədə məlumatlandırıılmayıb, 35%-i bu haqda saytdakı xəbəri oxuduqdan sonra öyrənib, yalnız 10 nəfər həmin informasiyanı öz təşəbbüsü ilə  əldə edib.

Bu məlumatlar ölkədə əhalinin məşğulluğunun artırılması mövzusuna həsr olunmuş "dəyirmi masada" şərh olunub. Tədbir Transparency Azerbaijan QHT tərəfindən profilli dövlət qurumları ilə birgə təşkil edilib. Müstəqil hüquqşünas Aytən Əlizamanlının sözlərinə görə, rəyi  soruşulanların 76%-nin məşğulluq mərkəzlərinin fəaliyyətindən xəbəri olsa da, fəqət, onlar  kömək üçün bu  xidmətə  müraciət etmirlər.

"Boş iş yerləri haqqında işsizlər üçün əlçatan elektron məlumatlar  bazasının yaradılması prosesini sürətləndirmək lazımdır. Bundan başqa, iş axtaran insanların onların ixtisaslaşması üzrə siyahısını tərtib etmək,  işəgötürənlərlə  görüş üçün şərait yaratmaq lazımdır və bu, həmin mərkəzlərin işini xeyli sürətləndirər",  — deyə Əlizamanlı qeyd edib.

Ali və orta ixtisas təhsili müəssisələri məzunlarının  ƏƏSMN-nin məşğulluq mərkəzlərinə müraciətləri sayının çox aşağı olması faktı  (respondentlərin cəmi 17,3%-i) gənclərin bu qurumlara ı etimad etmədiyinə, habelə bu sahədə işin səmərəsiz olduğuna şəhadət edir. Hüquqşünasın fikrincə, sorğunun nəticələri göstərir ki, bu mərkəzlər üzərilərinə düşən vəzifələrin öhdəsindən  gələ bilmir.

Bu gün əmək bazarında kifayət qədər mürəkkəb vəziyyət yaranıb. İqtisadi böhran və investisiya proqramlarının ixtisar edilməsi fonunda müəssisə və şirkətlər istehsalın həcmini azaldıblar. Əgər ötən illərdə xülasə və vakansiyaların nisbəti üçün birə qədər idisə, bu gün iddiaçıların sayı xeyli artıb. Başqa sözlə, yeni iş yerlərinin açılması prosesi yavaşıyıb. İşə cəlbetmə saytlarının monitorinqi nəticələri göstərdi ki, onlar öz elanlarını çoxdan yeniləndirmir. Halbuki əmək bazarı müxtəlif ixtisaslı yeni kadrlarla zənginləşir.

Lakin dövlət vəziyyətin normallaşması üçün xüsusi təşəbbüskarlıq və fəallıq göstərmir. İşlə təminetmənin yeni formaları yeni ideya və işsizlərə maliyyə dəstəyi göstəməyi tələb edir. Məsələn, nə üçün, Qazaxıstanda olduğu kimi,  gənclərə öz kəndlərində mini-biznes təşkil etməyə, regionlarda biznes məktəbləri şəbəkəsi yaratmağa kömək edilməsin. Orada, "Biznes Bastau" layihəsi çərçivəsində ölkə regionlarının 50%-də biznes-məktəblər açaraq potensial sahibkarlar üçün məşğələlər  keçirirlər. 2014-2015-ci illərdə "Biznes-məsləhətçi" proqramının bütün iştirakçıları saynın  8%-i öz biznesini açıb. Bu istiqamətdə proses davam edir.

Iqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Azər Mehdiyevin fikrincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi əmək yarmarkalarının səmərəliliyi çox aşağıdır, onlar formal olaraq, "quş" üçün keçirilir, çünki onların təqdim etdiyi  vakansiyalar gənc mütəxəssisləri qane etmir. Buna görə də  bu cür  tədbirlərə, elə məşğulluq mərkəzlərinə də, maraq xeyli zəifləyib.

"Əmək bazarında qeyri-sabit vəziyyət şəraitində yerlərdə sahibkarlıq təşəbbüsünün inkişafı üçün şəraitin yaradılması, müstəqil məşğulluğa  səmtləşdirmə əhəmiyyətli rol oynayır. Biznesin inkişafına mane olan amillər bunlardır: kənd sakinləri üçün kreditlərin əlçatmazlığı, sahibkarlıq haqqında məlumatın, həmçinin biznesin əsasları üzrə uzunmüddətli tədris proqramlarının olmaması, bürokratiya və inzibati maneələri ",  —  deyə ekspert vurğulayıb.

Mehdiyev əmindir ki,  hökumət insanların məşğulluğunu təmin etmək taktikasını dəyişməli, işsiz adamdan sahibkar və müvafiq olaraq, işəgötürən və vergiödəyicisi yetişdirməyə çalışmalıdir.  Kəndlərdə yalnız rayon icra hakimiyyətinin işəgötürən olmasından ibarət  dünənki paradiqmanı tədricən əsas işəgötürənin kiçik və orta biznesin  olduğunu təsbit edən   modellə əvəz etmək lazımdır.

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti