Gübrə tədarükçüləri növbəti subsidiya tranşı alıb
Kənd Təsərrüfatı Subsidiyaları üzrə Respublika Komissiyası 9 mineral gübrə tədarükçüsünə dövlət büdcəsindən 5 896 min manat ayrılması barədə qərar qəbul edib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, subsidiya 11449 nəfər istehsalçıya 143990,83 hektara görə 50 faiz güzəştlə satılmış 21379,5 ton mineral gübrə üçün verilib.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, mineral gübrə tədarükçülərinə satılan məhsulun 50% qiyməti ödənilir. Subsidiyaları “Aqrolizinq” ASC, “Aqrokimya”, “Elçin”, “Sərxan 2”, “EMA”, “Mikro Az Feed”, “ABİS ALARCO”, “Aqro Nur” və “İ.E.R. LTD” alıb.
Mart ayında 6 mineral gübrə tədarükçüsü 14 760,8 ton gübrə üçün dövlətdən 4 mln 12 min manat almışdı.
Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycana 51 min 79 ton gübrə tədarük edilib. Bu, 2012-ci ildəkindən 6,1% çoxdur. 08D
-
- Cəmiyyət
- 11 İyun 2014 17:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz