Həkimlərin hesabına təmir
Elmi Tədqiqat Travmatalogiya və Ortopediya Institunun inzibati korpusunda əsaslı təmir işləri aparılır. Burda qeyri-adi heç nə yoxdur, ancaq bir “əmma” var. Təmir həkimlərin hesabına aparılır.
Həkimlərdən biri Turan-a bildirib ki, hər bölmə müdirinə (cəmi 10 bölmə var) istifadəsində olan ərazini təmir etmək tapşırılıb. Orta hesabla bu, bir həkimə 500 manata başa gələcək. Amma onların aylıq maaşı bundan iki dəfə azdır.
İnstitutun direktoru Vaqif Verdiyev bu faktı Turan-a təsdiq edib. Onun sözlərinə görə, institutun binası son dəfə 8 il əvvəl təmir edilib. 2015-ci ildə təkrar təmir ediləcək. «İndiki təmir kosmetik xarakter daşıyır», deyə o bildirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Turan-a bildirib ki, Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanaların büdcə vəsaiti var, ondan təsərrüfat məqsədi ilə istifadə edilir. Ona görə həkimlərin bu işə cəlb edilməsi qanunsuzdur. O, vəd edib ki, məsələni araşdıracaq.
2007-2008-ci illərdə Elmi Tədqiqat Travmatalogiya və Ortopediya Institunun təmirinə dövlət büdcəsindən 2,8 mln manat xərclənib.
-
- Cəmiyyət
- 8 May 2014 15:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz