Hökumət 2014-cü il üçün proqnozları gizlədir
Bu il Azərbaycan hökuməti son illər ilk dəfə 2014-cü ildə dövlət büdcəsi və iqtisadi-sosial inkişaf konsepsiyasının əsas göstəricilərini ictimaiyyətdən gizlədir. Ekspertlər bunu prezident seçkiləri ilə bağlayırlar.
Məlum olduğu kimi, sentyabrın 2-də Nazirlər Kabineti büdcə paketinə daxil olan sənədlərin prezidentə göndərilməsi barədə qərar qəbul edib. Amma hələ də dövlət büdcəsi və əsas makroiqtisadi göstəricilər barədə proqnozlar yoxdur. “Milli Büdcə Qrupu” QHT koalisiyasının üzvü, «İqtisadi Təşəbbüslərə Yardım» İB-nin sədri Azər Mehdiyev hesab edir ki, yəqin, hökumət dövlət büdcəsini artırmaq istəmir və ya göstəricilər pisləşir.
Dmüqayisə üçün deyək ki, Ermənistan hökuməti 2014-cü ilin dövlət büdcəsi və makroiqtisadi göstəriciləri sentyabrın 28-də açıqlayıb.
«Büdcə sistemi haqqında» AR qanununa əsasən, dövlət büdcəsinin layihəsi qanunverici orqana 15 oktyabrdan gec olmayaraq təqdim edilməlidir. Nazirlər Kabinetinin mətbuat xidmətində proqnozları Turan-a açıqlamaqdan imtina ediblər.
2013-cü ildə Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 19 mlrd 159 mln manat, xərclər hissəsi 19 mlrd 850 mln manat təsdiq edilib. Ötən il üçün bu göstəricilər 17 mlrd 038 mln və 17 mlrd 672 mln manat idi. 2012-ci ildə dövlət büdcəsinin real gəlirləri 17 281,5 mln, xərcləri 17 416,4 mln manat olub. 08B
-
- Cəmiyyət
- 4 Oktyabr 2013 13:51
-
- İqtisadiyyat
- 4 Oktyabr 2013 15:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz