- İqtisadiyyat
- 6 Oktyabr 2015, 13:02
- 140
Hökumətin qəribə proqnozu: 2020-ci ilə kimi neftin qiyməti və hasilat həcmi sabit olacaq
Azərbaycan hökumətinin proqnozuna görə, 2016-2019-cu illərdə neft hasilatı həcmi 40 mln ton həcmində qalacaq, deyə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova cümə günü parlament komitələri tərəfindən 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.
“Ortamüddətli perspektivdə (2016-2019-cu illərdə - İF-Az) neft hasilatının illik həcmi 40 mln. ton səviyyəsində gözlənilir”, - deyə S.Həsənova bildirib.
Onun sözlərinə görə, 2016-cı ildə hasilatın həcmi 40,7 mln. ton səviyyəsində proqnozlaşdırılır.
“Ümumilikdə 2016-cı ildə neft sektorunda ÜDM-1,7% azalacaq. Neft sektorunun ÜDM-də xüsusi çəkisi 30%-dən aşağı olacaq”, - deyə S.Həsənova bildirib.
Qeyd edək ki, hökumət bu dövrdə neftin illik orta qiymətini $50 hesablayıb.
Neft Araşdırmaları Mərkəzində neft hasilatı üzrə hökumətin proqnozunu qiymətləndirərkən qeyd ediblər ki, “ölkə 2015-ci ildən hasilatın ciddi azalması dövrünə daxil olub ”. 2014-cü ildə 41,9 mln ton neft hasil edilib. Bu il real həcm 41,2 mln ton olacaq. Gələn il proqnoz həcmini qorumaq çətin olacaq: hasilat ən yaxşı halda 40,5 mln ton təşkil edəcək. 2017-ci ildə bu göstərici 40 mln ton, 2019-ciu ildə, ehtimal ki, 38 mln ton olacaq, deyə Mərkəzdə “BP-Azerbaijan”ın proqnozuna əsasən bildiriblər. –12В--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz