«İpək yolu» ilə tranzit yük daşımaları 5,6% azalıb
Ötən ilin 11 ayında TRACECA dəhlizi ilə Azərbaycan ərazisindən tranzit yük daşımaları 13,7 mln ton olub. Bu, 2012-ci ilin eyni dövründəkindən 5,6% azdır.
Həcmin azalması bu dəhlizə marağın azalması ilə yox, bərələrin təhlükəsiz yan almasına mane olan naviqasiya amili ilə bağlıdır, deyə “Azərbaycan Dəmir Yolları” QSC-də Turan-a bildiriblər.
Tranzit yük daşımaları nəqliyyat şirkətlərin böyük gəlir gətirir. Dövlətstatkoma görə, 2013-cü ilin 11 ayında dəmiryolçular və Xəzər Dəniz Gəmiçiliyi tranzit yük daşımalarından 134 992,8 min manat qazanıb. Amma mədaxil illik hesablamada 5,5% azalıb.
«İpək yolu» ilə daşımalar həm şərq, həm qərb istiqamətində həyata keçirilir. Əsasən neft, tikinti materialları, alüminium və s. daşınır. 08D
-
- İqtisadiyyat
- 5 Fevral 2014 14:31
-
- İqtisadiyyat
- 5 Fevral 2014 14:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz