İxrac məhsulunun gömrük qiymətinin 2-3%-nin qaytarılması əməliyyatların şəffaflığını stimullaşdırmayacaq
Nazirlər Kabinetinin qərarı ilə qeyri-neft ixracı edən şəxslərin təşviqi qaydası təsdiq edilib. Eləcə də mal nomenklaturası və ödəniş əmsalı da təsdiq olunub.
Maraqlı burasıdır ki, bu il martın 1-dən ixrac edilən malların gömrük qiymətinin 1,5-3%-i benefisiarlara qaytarılır.
Təşviq edilən ərzaq mallarına nar, qənnadı məmulatı, konservləşdirilmiş meyvə-tərəvəz, qoz, şirələr, quru meyvələr, xurma, souslar, alkoqolsuz içkilər, şirniyyat, müxtəlif şərablar daxildir.
Təşviq edilən qeyri-ərzaq mallarına üst geyimləri, iplik, parça və xalçalar daxildir. Amma şərti kompensasiya gömrükdə malların bəyan edilən qiymətinin artırılmasını stimullaşdırmayacaq. Səbəb budur ki, ixrac edilən malların çoxu qeyri-neft biznesində imtiyazlı strukturlara məxsusdur. Onların malları gömrükdən istədikləri şərtlərlə keçir. Hökumət Azərbaycanın və xarici ölkələrin gömrük strukturlarının açıqladığı qarşılıqlı əmtəə dövriyyəsi məbləğindəki fərqlərlə maraqlanmır. Bəzən bu göstəricilərdə üç dəfəyədək fərq olur. --17D—
-
- İqtisadiyyat
- 13 Oktyabr 2016 11:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz