Kənd təsərrüfatı məhsulları istehsal edənlər 56,7 mln manat subsidiya alacaqlar
Avqustun 7-də dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsal edənlərlərə yardım üzrə komissiyanın iclasında torpaq istifadəçilərinə 56 741 min manat ayrılması barədə qərar qəbul edilib. Bu, 2011-ci ildəkindən 4 mln manat çoxdur.
Kənd təsərrüfatı naziri İsmət Abasov jurnalistlərə bildirib ki, subsudiyalar 2007-ci ildə yanacaq-sürtkü materiallarının bahalanması ilə əlaqədar verilir. Qərara əsasən, hər hektar üçün torpaq istifadəçilərinə 40 manat verilir. Bu il 1 418 min ha üçün subsidiya veriləcək. 398 715 subyekt kömək alacaq. Bu, 2011-ci ildəkindən 8,4 min çoxdur.
Nazir qeyd edib ki, ilin sonu üçün buğda və düyü əkənlər hər ha üçün əlavə 40 manat alacaq.
Komissiyanın qərarı ilə 50% güzəştlə gübrə satışı üçün 2 284 min manat ayrılıb. Bu subsidiyalar 11 878 ton gübrənin satışı üçün verilir.
Subsidiyanın səmərəsindən danışan Abasov qeyd edib ki, bu, kənd təsərrüfatı məhsullarının artımında (+10,4%) və qiymətlərinin düşməsində əksini tapır. Dövlətstatkoma görə, bu il 2,7 mln ton dənli və paxlalı bitki istehsal edilib. Toxumluq buğdaya tələbat daxili istehsal hesabına ödənilir, hektardan məhsuldarlıq isə 1,6:% artıb. Nazir hesab edir ki, yaxın illərdə ölkə məhsuldarlığın artımı və intensiv istehsal hesabına buğda istehsalını 3,5 mln tona çatdıra bilər. --08C—
-
- Mədəniyyət
- 7 Avqust 2012 19:09
-
- Cəmiyyət
- 8 Avqust 2012 00:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz