Kənd təsərrüfatı naziri İsmət Abasovun region sakinləri ilə görüşlərindən sonra nazirlik kəndlilərin şikayət və təkliflərini ümumiləşdirib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətində Turan-a bildiriblər ki, fermerlər SKMF-dən güzəştli kreditlərin alına bilməmələrindən şikayət ediblər. Bundan başqa, subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi və verilmə mexanizminin sadələşdirilməsini istəyirlər. Fermerlər kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirən ixtisaslaşdırılmış aqrar bankının yaradılmasını zəruri sayırlar. Hökumət neçə illərdir «Aqrarkredit» bazasında belə bir bankın yaradılmasını uzadır.
Femerlər həmçinin torpaq becərilməsi üçün subsidiya verilməsi mexanizminin sadələşdirilməsi (hazırda subsidiyalar məhsul yığımından əvvəl və sonra verilir), eləcə də süni mayalama ilə alınan buzov və balaqlara subsidiyaların verilməsini istəyirlər. Fermerlər mineral gübrələrin 30% ucuzlaşdırılmasını tələb edirlər. İndi gübrə qiymətinin 50%-ə satılır. Onlar israr edir ki, mineral gübrələr istehsalçılara “Aqrolizinq” ASC tərəfindən bilavasitə əkin sahəsində verilsin. “Aqrolizinq” ASC-nin texnikanı lizinqə verərkən ödənişin 10%-nin öncədən alınması şərti də onları qane etmir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, konkret kənd təsərrüfatı sahələri üzrə təkliflər də var. 08D
2 rəy
Muxtar Alxasov
2024-09-21
Mən Muxtar Alxasov Quba rayonu ƏRMƏKİ QİŞLAQ KƏNDİNdə 70ha bağ əkmişəm intensiv bağ .hələdə supsidayani ala bilmirəm xaiş edirəm köməy edəsiz .
Əzizov röyal Sahib oglu
2024-10-11
Qazax rayon ceferli kendinin sakiniyem torpağ senedi yazilir kentde menim evimin sugortasi yoxdu deye kend icra numayendesi torpaq sahesini yazmir sizden xahiw edirem bu ise baxasiniz