Kommersiya bankları dolların və avronun məzənnəsini aşağı salıb
Azərbaycan Mərkəzi Bankı çərşənbə günü fevralın 9-u üçün dolların məzənnəsini dəyişdirməyib, 1,8252 manat səviyyəsində saxlayıb.
Bu arada, kommersiya bankları dolların alış məzənnəsini kəskin azaldıb, fevralın 8-də bu rəqəm 1,68-1,73 manat təşkil edib.
Satış məzənnəsi 1,78-1,89 manat intervalında olub.
Avronun rəsmi məzənnəsi 1,9489 manat təşkil edir.
Kommersiya bankları fevralın 8-də Avropa valyutasını 1,75-1,83 manata alır, 1,90-2,02 manata satırdılar.
Son üç gündə heç bir açıq iqtisadi və ya siyasi səbəb olmadan, dolların və avronun məzənnəsi kəskin şəkildə azalıb.
Bu, ekspertlərin valyuta bazarında artıq Mərkəzi Bankın iştirakı ilə açıq-aşkar spekulyasiya olduğunu təxmin etmək üçün əsas verir.
Fevralın əvvəllərindən manat dollara nisbətdə 9 qəpikdən çox möhkəmlənib. Fevralın 2-də 1,92 manatdan fevralın 8-də 1,8252 manata qədər bahalaşıb. -71D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz