Azərbaycan və Krım ikitərfəli turist axınının yaradılması və genişləndirilməsi üzrə bütün imkanlardan istifadə etmir, deyə Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liyev “İnterfaks-Azərbaycan” agentliyinin ofisində keçirdiyi mətbuat konfransında bəyan edib.
“Əfsuslar olsun ki, bu gün bir çoxları Krımı çimərlik kurortu hesab edir. Lakin ötən il müalicə almaq məqsədilə Krıma səfər etmiş 20 minə yaxın azərbaycanlı muxtariyyətin imkanlarından necə düzgün istifadə edəcəyini bilir”, - deyə A.Liyev bildirib. Onun sözlərinə görə, Krım osteoxondroz, sonsuzluq və s. xəstəliklərin müalicə olunduğu müalicəxanadır. Nazir qeyd edib ki, Krım Muxtar Respublikasının Kurortlar və Turizm Nazirliyi Azərbaycanın “SW Travel” turizm şirkətinin qismində etibarlı tərəfdaş tapıb. Çərşənbə günü imzalanması nəzərdə tutulan memorandum çərçivəsində bu şirkətin bazasında qeyd edilən nazirliyin nümayəndəliyi yaradılacaq.
“SW Travel” turizm şirkətinin direktoru Şirzad Əfəndiyevin sözlərinə görə, rəhbərlik etdiyi şirkət Krımın Kurortlar və Turizm Nazirliyinin ofisinin açılması ilə bağlı keçirilən müsabiqənin qalibi olub. “Daha çox Azərbaycan vətəndaşının Krımın kurortları barədə məlumatlı olması üçün maksimum səy göstərəcəyik”, - deyə Ş.Əfəndiyev bildirib.
Onun sözlərinə görə, bu il Azərbaycanın aviaşirkətləri Ukraynaya reyslər təşkil etmək məqsədilə “Airbus” təyyarələrini istifadəyə verməyi planlaşdırır. --17D—
-
- İqtisadiyyat
- 3 Aprel 2013 15:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz