Pambıq şirkətinin istiqrazlarını müəyyən dairədən olan investorlar alacaq
“MKT İstehsalat Kommersiya” MMC nominalı 1000 dollar olan 20 min zəmanətsiz istiqrazlar buraxıb. Şirkət bu vəsaitdən pambıq emalı sahəsində investisiya planlarını həyata keçirmək üçün istifadə etmək istəyir.
İstiqrazlar 24 ay dövriyyədə olacaq. Gəlirlilik illik 6% təşkil edir.
“MKT İstehsalat Kommersiya” MMC-nin istiqrazları oktyabrın 6-da Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qeydiyyata alınıb.
AzFinance investisiya şirkətində Turan-a bildiriblər ki, pambıq şirkətinin qiymətli kağızları qapalı üsulla yerləşdiriləcək, yəni əvvəlcədən məlum olan investorlara satılacaq.
Şirkətin korporativ istiqrazlar buraxmaq və yerləşdirmək üzrə təcrübəsi var. Buna qədər şirkətin QK-ı ölkədən kənarda yerləşdirilib.
“MKT İstehsalat Kommersiya” MMC 1997-ci ildə yaradılıb. Şirkətin ölkə regionlarında bir çox pambıqtəmizləmə zavodlarında səhm nəzarət paketi, tekstil fabriki, Bakıda biznes mərkəzi, başqa daşınmaz əmlak obyektləri var. Şirkətin nizamnamə kapitalı 128,2 mln manatdır. 08B
-
- İqtisadiyyat
- 11 Oktyabr 2016 14:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz