Özələşdirmədə rəqabət yaranıb
Əmlak Məsələləri Dövlət Komitəsinin oktyabrın 11-də keçirdiyi hərracda 35 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 5-də ciddi rəqabət də olub. Yəni, bir obyektə bir neçə müştəri çıxıb.
Komitənin mətbuat xidmətində Turan-a deyiblər ki, rəqabətli hərraclar Bakının Nəsimi, Xətai rayonlarında və Sumqayıt şəhərində yerləşən istifadəsiz qeyri-yaşayış sahəsi və obyektlərin üstündə olub.
Sumqayıt şəhərində yerləşən emalatxana və Bakının Nəsimi rayonundakı 5 mərtəbəli binanın zirzəmisi (16,5 kv.m) üçün 2 sifarişçi qeydə alınıb. Nəsimi rayonundakı eyni binanın 24,8 kv.m-lik zirzəmisi üçün 3 sifarişçi, 40,2 kv.m-lik digər zirzəmiyə isə 2 sifarişçi özəlləşdirmək üçün iddialı olub. Digər 2 sifarişçi isə Xətai rayonunda yerləşən 9 mərtəbəli binanın 37,8 kv.m-lik zirzəmisini hərrac vasitəsilə əldə etmək üçün elektron sifariş verib.
Ümumiyyətlə, hərraclarda 2 səhmdar cəmiyyətinin (“Saxsı qablar” ASC və “Beyləqan Dəmir beton” ASC) 30%-lik səhm zərfləri, 20 kiçik dövlət müəssisə və obyekti və 13 nəqliyyat vasitəsi özəlləşdirilib.
Oktyabrın 11-də baş tutmuş hərracda satılan görə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1 milyon manatdan çox vəsait köçürüləcək.
Növbəti hərrac oktyabrın 25-də keçiriləcək. Hərraca 84 dövlət əmlakı çıxarılıb. 08D
-
- İqtisadiyyat
- 11 Oktyabr 2016 14:12
-
- İqtisadiyyat
- 11 Oktyabr 2016 14:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz